İran ABŞ qarşısında Hörmüzlə bağlı 7 şərt qoydu
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-ə vasitəçilər üzərindən yeddi şərt təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun boğazın açılmasını tələb etməsinə baxmayaraq, cənub marşrutu hələ də bağlıdır. İran və Oman isə boğazdan keçəcək yeni marşrutların detalları ilə bağlı razılığa gəlib.
Mənbənin sözlərinə görə, Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir, körfəzdən çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularına düşür. Sentyabrın 6-da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını açıqlamışdı.
21:34 12.09.2026
Oxunuş sayı: 51