Süni intellekt təhlükəsi ilə bağlı şirkət daxilindən xəbərdarlıq
Süni intellekt sahəsində çalışan 27 yaşlı tədqiqatçı Ceykob Koxon texnologiyanın insanlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirərək Anthropic şirkətindən istefa verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. OpenAI-də çalışdıqdan sonra Anthropic-ə keçən Koxon süni intellekt hazırlayan şəxslərin insanların həyatını riskə atdığını və yaxın zamanda “insanüstü sistemlərin” istənilən sistemi sındıra biləcəyini deyib.
Koxon süni intellektlə bağlı təhlükələr barədə açıq danışan ilk şirkət əməkdaşı deyil. Son illərdə Anthropic və OpenAI-də təhlükəsizlik narahatlıqları səbəbilə bir sıra tanınmış əməkdaşlar istefa verib.
Anthropic komandasının rəhbərlərindən Evan Hubinger də Koxonun fikirlərini dəstəkləyərək süni intellektin bütün insanları məhv edə biləcəyinə inandığını və bunun qarşıdakı onillikdə baş verməsi ehtimalını 10 faizdən yüksək qiymətləndirdiyini bildirib.
22:30 12.09.2026
Oxunuş sayı: 66