İnfantino FIFA prezidentliyinə namizədliyini açıqladı
FIFA-nın hazırkı prezidenti Canni İnfantino təşkilatın rəhbəri postuna növbəti seçkilərdə namizəd olacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Touchline” İnfantinonun sözlərinə istinadən məlumat yayıb.
O, seçki proqramının əsas şüarının “Futbol bütün dünyada hər kəsə məxsusdur” olacağını bildirib.
İnfantino 2026-cı il dünya çempionatından sonra FIFA hüquqlarının bir hissəsinin xarici investorlara satılması planı ilə bağlı tənqidlərə məruz qalıb. UEFA, Asiya Futbol Konfederasiyası və CONCACAF onun “FIFA Forward Enterprise” layihəsi ilə bağlı yanaşmasını tənqid edib. Bir sıra ölkələr artıq qarşıdakı seçkilərdə İnfantinonu dəstəkləməkdən imtina edib.
17:40 12.09.2026
Oxunuş sayı: 56