Malayziya lideri: ABŞ mühüm müttəfiqimiz olaraq qalır
Malayziyanın Baş naziri Ənvər İbrahim ABŞ Prezidenti Donald Trampın xarici siyasətini tənqid etsə də, Vaşinqtonun ölkəsi üçün mühüm müttəfiq və “bir nömrəli investisiya tərəfdaşı” olaraq qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bunu Ənvər İbrahim NDTV-yə müsahibəsində deyib. O, ABŞ-nin bir sıra məsələlərdə ifrat mövqelər tutduğunu və çoxtərəfli diplomatiyanı nəzərə almadığını bildirib.
İbrahim qeyd edib ki, Malayziya ABŞ-lə bir çox məsələdə eyni mövqeyi bölüşür, lakin Trampın yanaşmaları ilə razılaşmır. O, Tramp ilə 40 dəqiqəlik şəxsi söhbət zamanı müxtəlif məsələlər, o cümlədən beynəlxalq siyasətlə bağlı fikir və narazılıqlarını açıq şəkildə ifadə etdiyini söyləyib.
Baş nazir ABŞ-ı demokratiyanı təmsil edən böyük dost ölkə adlandıraraq, Malayziyanın Vaşinqtonla uzunmüddətli yaxın münasibətlərə malik olduğunu vurğulayıb. Bununla belə, o, ABŞ-nin İsrail və Fələstin məsələsindəki mövqeyini dəstəkləmədiyini qeyd edib.
21:07 12.09.2026
Oxunuş sayı: 43