İlon Mask süni intellektin inkişafının yavaşladılmasını dəstəklədi
Amerikalı milyarder İlon Mask təhlükəsizlik məqsədilə süni intellektin inkişafının yavaşladılmasına dair çağırışı dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində Anthropic şirkətinin rəhbəri Dario Amodeinin süni intellektlə bağlı yazısına münasibət bildirərkən “Dario haqlıdır” deyə yazıb.
Amodei essedə neyron şəbəkələrin həddindən artıq sürətli inkişafının təhlükə yarada biləcəyini vurğulayıb. O bildirib ki, süni intellekt sistemlərinin öyrənmə sürəti insanların onları nəzarətdə saxlamaq imkanlarını üstələyir.
Anthropic rəhbəri son dövrdə süni intellekt agentlərinin iştirakı ilə baş verən kibertəhlükəsizlik insidentini nümunə göstərib. Onun fikrincə, bu cür sistemlərin inkişafı nəzarətə alınmasa, hətta yaxın 6 ay və ya bir il ərzində internetin böyük hissəsini ələ keçirə və milyardlarla dollar zərər vura bilərlər.
Qeyd edək ki, İlon Mask süni intellekt sahəsində Anthropic-in birbaşa rəqibi olan xAI şirkətinin təsisçisidir.
20:44 12.09.2026
Oxunuş sayı: 55