Husilər Babül-Məndəbi bağlaya bilər
Husilərin Babül-Məndəb boğazını bağlaması qlobal neft tədarükü və beynəlxalq ticarət üçün ciddi risk yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin hesablamasına görə, belə bir ssenari dünya neft tədarükünün əlavə 7 faizinin, qlobal ticarətin isə təxminən 12 faizinin məhdudlaşmasına səbəb ola bilər.
Reuters qeyd edir ki, boğazın bağlanması ABŞ üçün də yeni problemlər yaradaraq qlobal iqtisadiyyata əlavə təzyiq göstərə bilər.
20:06 12.09.2026
Oxunuş sayı: 41