Mikayıl Müşfiqin dəfn yerini bilirəm - alim
Repressiya qurbanı, şair Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmamız davam edir. Araşdırmanı apardıqca versiyalar, faktlar daha da çoxalır. Mikayıl Müşfiqin ölüm yeri, tarixi heç bir tədqiqatçı tərəfindən tam dəqiqliklə deyilmir. Çünki dövrün qarışıq siyasi vəziyyəti, Müşfiqlə bağlı yazılan yazılar və ona qarşı bəzi yazıçılar arasında olan qısqanclıqlar məsələn hələ o dövrdən qarışdırıb.

Mikayıl Müşfiqin ölümü ilə bağlı faktlara aydınlıq gətirən tarixçi alim Şakir Həsənov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, 1956-cı ildə Mikayıl Müşfiqin ailəsinə bəraət məktubu verilib: “Həmin məktubda əlavə məlumat əldə etmək üçün Mərəzə rayonuna yaxınlaşmaq tövsiyə olunur. Mən getdim, çox çətinliklə həmin sənədi (zaks kağızı) əldə etdim və hazırda da məndədir. Özüm də Mərəzədənəm. Mən Mikayıl Müşfiqin harada basdırıldığını tapa bilərəm. Deyirlər ki, siyahıda Müşfiqin adı yoxdur. Amma düşünmürlər ki, Mircəfər Bağırov 18 min adamı güllələtdirib. Orada Mikayıl Müşfiqi tapmaq çox çəttindir. Mikayıl Müşfiqin ölümü ilə bağlı hədsiz çox dezinformasiyalar yayılır".


Alim qeyd edib ki, məndə fakt var və o əminliklə danışıram. Mikayıl Müşfiq 1939-cu il martın 12-də güllələnib. Mən Müşfiqin basdırıldığı yeri də bilirəm. Bizim qonşu kənddir, Nabur kəndi. Çətin deyil, koordinatla oranı tapmaq mümkündür. Müşfiqin bacısı Balacaxanım da orada məktəbdə dustaq idi. Mikayıl Müşfiq həmin kəndin polis rəisi Zaxaryanın yanında öldürülüb. Zaxaryan polkovnik idi və Müşfiq onun əli ilə güllələnib. Müşfiqin ölümü ilə bağlı 2-3 versiya var. Mən qazıntı apara bilmərəm, çünki bu, qanunsuzdur. 1938-ci ili fakt kimi götürənlər nəyə əsasən belə deyirlər? Müşfiq 1938-ci ildə həbs olunub, 1939-cu ildə isə öldürülüb. Bu sənəddə də öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Müşfiq ölüb, amma ölüm səbəbi göstərilməyib. Güllələnməni gizlədiblər, izləri itirirlər. Müşfiq Nabur kəndində tək deyildi, bir neçə nəfər orada güllələnib. Müşfiqə burada iki il əziyyət veriblər, amma o, öz yolundan dönməyib”.
17:50 12.09.2026
Oxunuş sayı: 56