Kəlbəcərdə Bal Festivalı keçirilib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal Festivalında iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, ziyarətçilər, arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçiriblər, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar.
Festival konsert proqramı ilə davam edib.
18:52 12.09.2026
Oxunuş sayı: 50