Qəzza atəşkəsinin ikinci mərhələsi müzakirə olunacaq
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uİtkoff fevralın 3-də İsrail Baş naziri Benyamin Netanyahu və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirmək üçün İsrailə gələcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" saytı məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də danışıqlarda iştirak edəcək.
Danışıqlar Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsi, eləcə də Uitkoffun idarə etdiyi İranla bağlı məsələlərə yönələcək.
18:11 02.02.2026
Oxunuş sayı: 330