İrəvan–Yeni Dehli hərbi xətti güclənir
Hindistan Müdafiə Qərargah rəisi general Anil Çauhan Ermənistanda rəsmi səfərdədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumat yayıb.
Nazir Suren Papikyan Ermənistan-Hindistan müdafiə əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlıq proqramlarının müntəzəm olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
General Çauhan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran yeni sahələr yaratmağa hazır olduğunu bildirib.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub", - deyə bəyanatda bildirilir.
18:05 02.02.2026
Oxunuş sayı: 409