Fransadan İrana çağırış: Güzəştə gedin, hərbi toqquşmadan yayının
Fransanın xarici işlər naziri Jan-Noel Barrot İranı ABŞ ilə qarşıdurmadan yayınmaq üçün güzəştə getməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, nazir bu açıqlamanı “Liberation” qəzetinə müsahibəsində səsləndirib.
Barrotun sözlərinə görə, ABŞ İrana qarşı hərbi əməliyyata hazırdır, ancaq eyni zamanda Tehrana danışıqlar təklif edib.
Nazir bildirib ki, İran bu fürsətdən istifadə etməli, əhəmiyyətli güzəştlərə getməli və mövqeyini köklü şəkildə dəyişdirməlidir.
Onun dediklərinə əsasən, İran regional qonşular və Avropanın təhlükəsizlik maraqları üçün təhdid olmağı dayandırmalıdır.
Fransa XİN rəhbəri Tehrana repressiyalara və informasiya blokadasına son qoymaq, saxlanılan şəxsləri azad etmək və Fransanın vətəndaşları Sesil Kohler və Jak Parisin ölkəni tərk etməsinə icazə vermək çağırışı edib.
Barrot ABŞ və Çin arasında artan qarşıdurma fonunda Fransa hökumətinin Hindistanla əməkdaşlığı gücləndirmək niyyətində olduğunu da açıqlayıb.
17:40 02.02.2026
Oxunuş sayı: 256