Tramp: Hindistan İrandan neft almayacaq
Hindistan İslam Respublikasından neft almağı dayandıraraq Venesueladan xam neft alacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz artıq bu sövdələşməni və onun konsepsiyasını hazırlamışıq”, - deyə, Tramp vurğulayıb.
Qeyd edək ki, Hindistan 2019-cu ildə İrandan neft almağı dayandırmışdı.
Ölkənin ən böyük özəl emal zavodu olan “Reliance Industries” isə ABŞ sanksiyalarının sərtləşdirilməsi nəticəsində keçən il Venesueladan xam neft almaqdan imtina edib.
17:36 02.02.2026
Oxunuş sayı: 344