Paşinyan LGBT paradını təsdiqləməyib
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial mediada yayılan iddiaları təkzib edib.
Onun sözlərinə görə, guya hökumət başçısının 7 aprel tarixində Yerevanda LGBT qürur paradının keçirilməsini təsdiqləməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazeli Baqdasaryan bildirib ki, bu mövzuda rəsmi qərar qəbul edilməyib və yayılan iddiaların Ermənistan hökuməti ilə heç bir əlaqəsi yoxdur.
O, ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.
17:17 02.02.2026
Oxunuş sayı: 504