İranda baş verən etirazların sərt şəkildə yatırılmasından sonra ölkə prezidentinin oğlu Yusif Pezeşkian sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yusif Pezeşkian X hesabında yazıb:
“İnsan ümidlə yaşayır. İslahat ümidi. Ümidini itirən ölüdür. İslahat isə ölməzdir. Ölüm islahat ümidini itirənlərin taleyidir.”
Onun bu açıqlaması ölkədə etirazlar, təhlükəsizlik tədbirləri və insan haqları ilə bağlı artan narahatlıqlar fonunda geniş müzakirələrə səbəb olub. Şərhçilərin fikrincə, paylaşım həm cəmiyyətə ümid mesajı vermək, həm də mövcud vəziyyət fonunda mülayim islahat çağırışını önə çıxarmaq məqsədi daşıyır.
Qeyd edək ki, son günlər İranda baş verən hadisələr regional və beynəlxalq mediada da diqqətlə izlənir.