ABŞ senatoru: Terrorçularla danışıqlar aparmırıq
ABŞ senatoru Tim Şihi İranla bağlı sərt mövqe sərgiləyərək Vaşinqtonun yanaşmasını açıq şəkildə ifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senator X hesabında iranlı bir istifadəçinin ABŞ Prezidenti Donald Trampa ünvanladığı mesajı paylaşdıqdan sonra bildirib ki, SEPAH-ın “əlləri Amerika qanı ilə ləkələnib”.
Şihi vurğulayıb ki, ABŞ prezidenti İslam Respublikasını atdığı addımlara görə məsuliyyətə cəlb etməkdə qətiyyətlidir. Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi birmənalıdır: “Biz terrorçularla danışıqlar aparmırıq.”
Eyni paylaşımda iranlı istifadəçinin ABŞ senatoru Tom Kottona ünvanladığı fikirlər də yer alıb. Mesajda qeyd edilib ki, “İran xalqı üçün bu məsələ çox sadədir: ayətullahlarla hər hansı razılaşma İran xalqına xəyanət hesab olunur.”
Açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda siyasi reaksiyaları daha da gücləndirib.
14:55 02.02.2026
Oxunuş sayı: 464