Texasda ŞOK: Trampın namizədi 34 ildən sonra ilk dəfə uduzdu
ABŞ-nin Texas ştatında bir dairə üzrə Nümayəndələr Palatasına keçirilən seçkilərdə Prezident Donald Trampın dəstəklədiyi Respublikaçılar Partiyası namizədi Demokratlar Partiyasının namizədinə məğlub olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu nəticə 1991-ci ildən bəri ilk dəfədir ki, sözügedən dairədə respublikaçı namizəd seçkini uduzur. Texas uzun illərdir siyasi baxımdan “qırmızı ştat” — yəni Respublikaçılara meyilli ərazi kimi tanınır.
Siyasi müşahidəçilər nəticəni ştatdakı elektorat dəyişiklikləri və milli siyasi ab-havanın təsiri ilə izah edir, hadisəni isə 2026 seçkiləri ərəfəsində diqqətçəkən siqnal kimi qiymətləndirirlər.
14:44 02.02.2026
Oxunuş sayı: 531