Livanlı alim Həsən Murayib Suriya Prezidenti Əhməd əl-Şaraaya müraciət edərək humanitar çağırışla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Murayib bildirib ki, suriyalı övladların azadlığa buraxılmasını tələb edənlər eyni zamanda öz övladlarının da Suriyanın övladları kimi qəbul edilməsini istəyirlər. Onun sözlərinə görə, həmin uşaqlar Suriyada yetim qalıblar və dövlətin himayəsinə ehtiyac duyurlar.
Livanlı alim vurğulayıb ki, bu məsələ təkcə siyasi deyil, həm də insani və vicdani məsuliyyət məsələsidir və yetim qalan uşaqlara sahib çıxılması zəruridir.