ABŞ və İran dialoqa hazırdır
ABŞ və İran davam edən hərbi gərginliyə baxmayaraq, Ankarada danışıqlar aparmağa hazır olduqlarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Məlumata görə, həm ABŞ, həm də İran tərəfi iki ölkə arasında artan gərginliyin azaldılmasına yönəlmiş addımlara maraq göstərdiklərini bildiriblər.
Qeyd olunur ki, mümkün təmaslar regional təhlükəsizlik və diplomatik kanalların açıq saxlanılması baxımından əhəmiyyətli hesab olunur. Rəsmi detallarla bağlı hələlik əlavə açıqlama verilməyib, lakin Ankara formatı potensial vasitəçilik platforması kimi dəyərləndirilir.
14:36 02.02.2026
Oxunuş sayı: 408