Malayziya hakimiyyəti Malakka boğazında qanunsuz gəmidən-gəmiyə neft daşımaları ilə məşğul olan iki İran “kölgə” neft tankerini saxlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əməliyyat Penanq sahillərində, Muka Head yaxınlığında həyata keçirilib. Nəticədə 129,9 milyon dollar dəyərində xam neft müsadirə olunub, hər iki gəminin kapitanı isə həbs edilib.
Bildirilib ki, ümumi dəyəri 182,1 milyon dollar olan gəmilərdə Çin, Myanma, İran, Pakistan və Hindistan vətəndaşlarından ibarət 53 nəfərlik heyət olub. Araşdırma davam edir.
Hadisə regionda dəniz təhlükəsizliyi və sanksiyalardan yayınma ilə bağlı nəzarətin sərtləşdirildiyini göstərir.