ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana bir neçə kanal vasitəsilə mümkün razılaşma ilə bağlı görüşməyə açıq olduğunu bildirib.
Crossmedia.az bu barədə "Axios"a istinadən xəbər verir.
Ağ Ev rəsmisi qeyd edib ki, Tramp administrasiyası hələlik İrana qarşı hərbi zərbə endirilməsi ilə bağlı yekun qərar verməyib və diplomatik həll yolunu açıq saxlayır. Mənbənin sözlərinə görə, Vaşinqton gərginliyin azaldılması və razılaşma ehtimalını dəyərləndirmək üçün müxtəlif diplomatik kanallardan istifadə edir.
Məlumatda vurğulanır ki, ABŞ tərəfi hərbi variantı tam istisna etməsə də, hazırkı mərhələdə danışıqlar yolu ilə nəticə əldə olunmasına üstünlük verir. Bu yanaşma ABŞ–İran münasibətlərində mümkün yeni diplomatik mərhələnin siqnalı kimi qiymətləndirilir.