Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev gənclik illərində artilleriyaçı kimi hərbi təlim keçdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedev bildirib ki, hərbi xidmət dövründə Finlandiya istiqamətində ağır artilleriyadan atəş açıb. Onun sözlərinə görə, ordu təcrübəsini yaxşı xatırlayır və zərurət yaranacağı təqdirdə bu bacarıqları yenidən tətbiq etməyə hazırdır.
“Orduda qazandığım təcrübə yaddaşımdan silinməyib. Lazım gələrsə, indi də atmağa hazıram”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, Dmitri Medvedev son dövrlər tez-tez sərt və hərbi məzmunlu açıqlamaları ilə beynəlxalq mediada diqqət mərkəzində olur.