Rusiya Əfqanıstandan əmək miqrantları cəlb etməyi planlaşdırır
Rusiya Əfqanıstandan əmək miqrantlarının cəlb olunması imkanlarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə açıqlamasında Əfqanıstanın Moskvadakı səfiri Gül Həsən məlumat verib.
Səfirin sözlərinə görə, məsələ ilə bağlı artıq tərəflər arasında danışıqlar aparılıb. O bildirib ki, Əfqanıstan xaricdə işləmək üçün gənc və ixtisaslı kadrlar təklif etməyə hazırdır.
Gül Həsən qeyd edib ki, əmək miqrasiyası sahəsində mümkün əməkdaşlıq həm Rusiya əmək bazarının ehtiyaclarının qarşılanmasına, həm də əfqan gənclərinin məşğulluq imkanlarının artırılmasına xidmət edə bilər. Rəsmi Moskva hələlik məsələ ilə bağlı geniş açıqlama verməyib.
10:21 02.02.2026
Oxunuş sayı: 564