ABŞ Prezidenti Donald Tramp növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-nin mümkün “yeni ştatları” ilə bağlı iddialı fikirlər səsləndirib.
“Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətində olmamışam. Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü ola bilər”, – deyə Tramp bildirib.
Trampın bu açıqlaması sosial şəbəkələrdə və beynəlxalq mediada geniş rezonans doğurub. Analitiklər bəyanatı daha çox siyasi ritorika və populist mesaj kimi qiymətləndirir, rəsmi Vaşinqtondan isə məsələyə münasibət bildirilməyib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də Qrenlandiya ilə bağlı oxşar iddialı açıqlamalarla gündəmə gəlmişdi.