Ukraynanın Aİ-yə üzvlüyü üçün şərt açıqlanıb
Avropa İttifaqında (Aİ)genişlənmə prioritetləri ilə bağlı yeni mövqe açıqlanıb.
Crossmedia.az xəbər verir ki,“Corriere Della Sera” qəzetinin məlumatına görə, İtaliyanın xarici işlər naziri Antonio Tayani bu barədə açıqlayıb.
Onun sözlərinə görə, Balkan ölkələri Aİ-yə qoşulmadan Ukraynanın üzvlüyü mümkün deyil.
Roma Ukraynanın təşkilata üzvlüyünü dəstəkləsə də, Balkanlar bu prosesdə prioritet hesab olunur.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts də daha əvvəl Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada qəbul edilməsinə qarşı çıxmışdı.
22:00 01.02.2026
Oxunuş sayı: 521