Vaşinqtondan ehtiyat planı: İranın cavabından qorxan ABŞ müdafiəyə çəkilir
ABŞ İranın mümkün cavab zərbəsi ehtimalını nəzərə alaraq Yaxın Şərqdə yerləşən hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir.
Crossmedia.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Nəşr ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirir ki, regionda müdafiə infrastrukturunun möhkəmləndirilməsi Vaşinqton üçün prioritetdir.
Məhz bu səbəbdən ABŞ-nin İrana qarşı hərbi zərbələrinin yaxın gələcəkdə həyata keçirilməsi ehtimalı aşağı qiymətləndirilir.
21:16 01.02.2026
Oxunuş sayı: 679