Xamenei: ABŞ-nin məqsədi İranı nəzarət altına almaqdır
İranın ali dini rəhbəri Seyid Əli Xamenei ölkəsinin ABŞ ilə münasibətləri ilə bağlı çıxışında Vaşinqtonun uzun illərdir Tehranı nəzarət altına almağa çalışdığını bildirib.
Crossmedia.az xarici mediayaya istinadən xəbər verir.
Xameneinin sözlərinə görə, iki ölkə arasındakı 40 illik gərginliyin əsas səbəbi ABŞ-nin İranı siyasi və iqtisadi baxımdan tam təsiri altına almaq niyyətidir.
O qeyd edib ki, Vaşinqtonun istəklərinə mane olan əsas amil cəsur İran xalqı və İslam Respublikasıdır.
Ali rəhbər vurğulayıb ki, Tehran xarici təzyiqlərə baxmayaraq öz müstəqilliyini və suverenliyini qorumaqda davam edəcək.
20:30 01.02.2026
Oxunuş sayı: 611