Psixonevroloji internatda faciə
Rusiyanın Kemerovo vilayətinin Prokopyevsk şəhərində psixonevroloji internatda 9 xəstə ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə barədə Kuzbass Əmək və Sosial Müdafiə Nazirliyinin internatdakı komissiyasının məlumatına əsaslanır. Bildirilir ki, yanvarın 24-də internatdakı xəstələr A qripinə kütləvi yoluxublar və bu fakt üzrə araşdırma başlanıb.
Komissiya vəziyyəti ciddi hesab edir və xəstələrin sağlamlığının qorunması üçün əlavə tədbirlərin görüləcəyini bildirir.
11:15 29.01.2026
Oxunuş sayı: 390