Venesuela ordusu Delsi Rodrigesə sədaqət andı içdi
Venesuela Silahlı Qüvvələri ölkənin qanuni prezidenti kimi tanınan Delcy Rodrigesə sədaqət andı içib. Rodriges Bolivar Milli Silahlı Qüvvələrinin ali baş komandanı elan olunub.
Crossmedia.az xəbər verir ki, Venezolana de Television kanalına açıqlama verən Rodriges bildirib ki, 2026-cı il yanvarın 3-də baş verən döyüşlərdə geri çəkilməyən və qeyri-bərabər mübarizədə həyatını itirən qəhrəmanlara şərəf və ehtiram göstərilir. O, bu sözləri ABŞ-ın hücumu və prezident Nikolas Maduronun ələ keçirilməsinə istinad edərək səsləndirib.
Rodriges həmçinin vurğulayıb ki, ABŞ hakimiyyəti tərəfindən həmin döyüşlərdə naməlum silahların istifadə olunduğu fakt açıq şəkildə etiraf edilib.
Bu addım Venesuela ordusunun ölkənin qanuni rəhbərliyinə dəstəyini bir daha nümayiş etdirir.
11:56 29.01.2026
Oxunuş sayı: 504