Tesla S və X modelləri istehsaldan çıxır
Elon Musk Tesla şirkətinin S və X modellərinin istehsalını dayandıracağını açıqlayıb. Onun sözlərinə görə, şirkət avtomobil istehsalında yeni mərhələyə keçərək insanabənzər Optimus robotlarının istehsalına üstünlük verəcək. Musk bildirib ki, “artıq istiqaməti dəyişmək və gələcəyə keçmək vaxtıdır”.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, S və X modelləri Tesla üçün uzun illər önəmli yer tutsa da, şirkət bazar tələblərinə və texnoloji inkişaflara uyğunlaşmaq məqsədilə istehsal planlarını yenidən nəzərdən keçirir. Optimus robotlarının istehsalı isə həm sənaye, həm də gündəlik istifadə üçün yeni imkanlar yaradacağı gözlənilir. Tesla rəhbərliyi bildirib ki, bu qərar şirkətin gələcək texnologiya strategiyasının əsas hissəsidir və insan həyatını asanlaşdırmaq üçün robot texnologiyalarına sərmayə qoyulacaq.
Beləliklə, Tesla avtomobil sektorunda ənənəvi modellərdən addım-addım geri çəkilərək, robot texnologiyasına yönəlmiş strateji dəyişikliklər edir.
11:25 29.01.2026
Oxunuş sayı: 463