Reuters: Tramp İranda etirazları canlandırmaq üçün hərbi zərbə variantlarını müzakirə edir
ABŞ prezidenti Donald Tramp İranda etirazların yenidən güclənməsinə səbəb ola biləcək mümkün hərbi addımlar üzərində düşünür.
Crossmedia.az-ın ABŞ və regiondakı diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evdə İranla bağlı müxtəlif hərbi ssenarilər müzakirə olunur.
Mənbələrin bildirdiyinə görə, nəzərdən keçirilən variantlar sırasında İranda etirazların zorakılıqla yatırılmasına cavabdeh hesab edilən təhlükəsizlik qüvvələri, yüksək rütbəli hərbi komandirlər və bəzi dövlət qurumlarına qarşı hədəfli zərbələr yer alır.
Bununla yanaşı, İranın ballistik raket infrastrukturu və uran zənginləşdirmə obyektlərinə qarşı daha genişmiqyaslı hücum ssenarilərinin də müzakirə edildiyi qeyd olunur.
Lakin mənbələr vurğulayır ki, Donald Tramp hələlik hərbi əməliyyatın başlanması ilə bağlı yekun qərar verməyib.
10:37 29.01.2026
Oxunuş sayı: 381