Fransa SEPAH-ın terror təşkilatı kimi tanınmasını dəstəkləyir
Fransa İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Avropa Birliyinin terror təşkilatları siyahısına salınmasına səs verməyə hazırlaşır.
Crossmedia.az Yelisey Sarayına istinadən bildirir ki, Paris SEPAH-ın Aİ-nin rəsmi terror siyahısına daxil edilməsini açıq şəkildə dəstəkləyir.
Bu mövqe son aylarda İranda baş verən etiraz aksiyalarının zorakılıqla yatırılmasından sonra İslam Respublikasına qarşı siyasi və diplomatik təzyiqlərin artması fonunda formalaşıb.
Məsələ ilə bağlı 🇪🇺 Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl açıqlama verərək, etirazçılara qarşı zorakılığa cavab olaraq İrana qarşı yeni sanksiyalar paketinin hazırlandığını bildirmişdi.
Kallasın sözlərinə görə, nəzərdə tutulan sanksiyalar Tehranın dinc vətəndaşlara qarşı həyata keçirdiyi tədbirlərə siyasi cavab məqsədi daşıyır.
Qeyd edək ki, SEPAH-ın terror təşkilatı kimi tanınması Aİ–İran münasibətlərində gərginliyi daha da artıracaq əsas addımlardan biri hesab olunur.
09:47 29.01.2026
Oxunuş sayı: 383