Nipah virusu ilə bağlı nəzarət gücləndirildi
İndoneziyanın Bali adasındakı Denpasar Beynəlxalq Hava Limanı Nipah virusunun mümkün yayılması ilə bağlı narahatlıqlar fonunda ölkəyə gələn sərnişinlər üçün sanitar nəzarəti gücləndirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hava limanında termal skanerlər quraşdırılıb və yoxlamalar genişləndirilib. Bildirilir ki, Denpasar hava limanının administrasiyası bu prosesdə İndoneziya Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Oxşar tədbirlər daha əvvəl Cakartadakı Sukarno-Hatta Beynəlxalq Hava Limanında da tətbiq olunub.
İndoneziyanın sanitar xidmətinin açıqlamasına əsasən, hazırda ölkədə Nipah virusuna yoluxma halı qeydə alınmayıb. Qeyd olunur ki, virusla bağlı son təsdiqlənmiş hallar 2025-ci ilin dekabrından etibarən Hindistanın Qərbi Benqal əyalətində aşkarlanıb. Hindistan Səhiyyə Nazirliyi isə mediada yayılan beş yoluxma iddialarını təkzib edib.
09:23 29.01.2026
Oxunuş sayı: 408