ABŞ-dən açıqlama: Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ümumi razılaşma var
Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşma artıq əldə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, hazırda bu mövzu ətrafında intensiv müzakirələr aparılsa da, əsas çərçivə razılaşdırılıb.
Rubio bildirib ki, sözügedən təhlükəsizlik zəmanətləri əsasən Avropa qoşunlarının, xüsusilə Fransanın kiçik hərbi kontingentinin Ukraynada yerləşdirilməsini nəzərdə tutur.
Bu prosesə paralel olaraq ABŞ-nin da siyasi və hərbi dəstək verməsi planlaşdırılır.
21:30 28.01.2026
Oxunuş sayı: 586