Tehrandan sərt mesaj: Hörmüz boğazı və neft obyektləri risk altındadır
ABŞ rejim dəyişikliyinə cəhd edərsə, İran Yaxın Şərqdəki neft və qaz obyektlərinə, xüsusilə neft emalı müəssisələrinə zərbələr endirə bilər.
Crossmedia.az "Financial Times"-a istinadən xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusu region ölkələrini xəbərdar edib ki, mümkün ABŞ hücumları tankerlərin Hörmüz boğazından keçidini ciddi risk altına sala bilər.
Bildirilir ki, bölgə ölkələri gərginliyi azaltmaq üçün həm Tehran, həm də Vaşinqtonla danışıqlar apararaq Tramp administrasiyasına İranın mümkün cavabı barədə xəbərdarlıq edirlər.
19:27 28.01.2026
Oxunuş sayı: 518