Rusiya Zelenskinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır
Rusiya lideri Vladimir Putinin administrasiyası, əgər Ukrayna Prezidenti Volodimir Zelenski onunla görüşməyə hazırdırsa, onu Moskvaya dəvət etməyə hazırdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Zelenskinin təhlükəsizliyinə zəmanət verəcək.
O əlavə edib ki, Putin və Zelenski arasındakı mümkün görüş yaxşı hazırlıqlı və konkret nəticələrə yönəlmiş olmalıdır.
Bu məsələ Rusiya prezidenti ilə Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışıqlarında bir neçə dəfə müzakirə edilib.
17:37 28.01.2026
Oxunuş sayı: 509