Şok iddia: Çin Rusiyanın “Oreşnik” raketlərini ayaqda saxlayır
Çin Rusiyaya elə avadanlıq və komponentlər tədarük edir ki, onlar olmadan Moskva “Oreşnik” raketlərinin istehsalını artırmaq imkanına malik olmazdı.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Məlumata görə, xüsusilə “Oreşnik”, “İsgəndər-M” və “Topol-M” raketlərinin istehsal edildiyi Votkinsk zavodunda istifadə olunan metalı itiləyən və kəsən Çin istehsalı CNC maşınları əsas rol oynayır.
Nəşr qeyd edir ki, Çin eyni zamanda Rusiyaya milyardlarla dollar dəyərində mikroçiplər, podşipniklər, radar və elektron müharibə komponentləri, eləcə də optika və ölçmə avadanlıqları göndərir.
Analitiklərin fikrincə, Çin texnologiyasına və bazarına çıxış Rusiya üçün sanksiyalardan yan keçməyə və hərbi istehsalı davam etdirməyə imkan yaradır. Ekspertlər vurğulayırlar ki, bu dəstək olmasa, Rusiyanın Ukraynaya qarşı müharibəni uzunmüddətli şəkildə davam etdirməsi son dərəcə çətin olardı.
16:58 28.01.2026
Oxunuş sayı: 431