Ər-Riyaddan İranla bağlı AÇIQLAMA - İmkan verilməyəcək
Səudiyyə Ərəbistanı öz ərazisinin və ya hava məkanının Tehrana hücum üçün istifadəsinə icazə verməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman telefon danışığında İran prezidenti Məsud Pezeşkiana deyib.
Səudiyyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, vəliəhd "söhbət zamanı Krallığın İran İslam Respublikasının suverenliyinə hörmətlə bağlı mövqeyini və Krallığın öz hava məkanının və ya ərazisinin İrana qarşı hər hansı bir hərbi əməliyyat üçün istifadəsinə icazə verməyəcəyini bir daha təsdiqləyib".
Bundan əvvəl İran Prezident Aparatı Pezeşkianla bin Salman arasında baş tutan söhbət barədə məlumat verib.
Məlumata görə, İran prezidenti ölkə hakimiyyətinin istənilən sülh prosesini alqışladığını vurğulayıb. Pezeşkian həmçinin ABŞ və İsraili İrana iqtisadi təzyiq göstərməkdə, ötən ilin iyun ayında müharibəni qızışdırmaqda və son etirazları dəstəkləməkdə günahlandırıb. (Musavat)
16:43 28.01.2026
Oxunuş sayı: 349