Kanadalı QHT-lər çeçen fəal üçün sığınacaq tələb edir
Kanadanın ictimai təşkilatları Qazaxıstan hakimiyyətinə müraciət edərək Rusiyada təqib olunan və Çeçenistana ekstradisiya olunmaq riski ilə üzləşən çeçen müxalif fəal Mansur Movlayevə sığınacaq verilməsinə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Movlayev daha əvvəl siyasi təqiblərə məruz qalıb, qanunsuz saxlanılıb. Eyni zamanda onun işgəncələrə məruz qaldığı iddia olunur. Hazırda Mansur Movlayevə qaçqın statusunun verilməsi məsələsinə məhkəmədə baxılır, materialların bir hissəsi BMT strukturlarına təqdim edilib. O, 2025-ci ilin may ayında Rusiyanın sorğusu əsasında Qazaxıstanda saxlanılıb.
Turqut Ansari
15:51 28.01.2026
Oxunuş sayı: 336