Əhməd Əl Şaraa Rusiyaya rəsmi dövlət səfərinə gəlib
Suriya lideri Əhməd Əl Şaraa Rusiya Federasiyasına rəsmi dövlət səfərinə gəlib. Yüksək səviyyəli səfər çərçivəsində Suriya nümayəndə heyətinin Moskvada bir sıra siyasi və hərbi görüşlər keçirməsi planlaşdırılır.
Əhməd Əl Şaraanı paytaxt Moskvada Rusiya Xarici İşlər nazirinin müavini və Rusiyanın Yaxın Şərq və Afrika üzrə əsas məsul şəxsi, həmçinin Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Yunusbek Yevkurov qarşılayıb.
Crossmedia.az-ın məlumatına görə, səfər zamanı Rusiya–Suriya münasibətlərinin gələcək istiqamətləri, hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik məsələləri, eləcə də iqtisadi və enerji sahəsində mümkün razılaşmalar müzakirə olunacaq.
Ekspertlər bu səfəri Moskva–Dəməşq əlaqələrində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Görüşlərin nəticəsində tərəflər arasında bir sıra strateji sənədlərin imzalanacağı istisna edilmir.
15:15 28.01.2026
Oxunuş sayı: 354