Dünyaca məşhur aktrisa İranı dəstəklədi
Amerikalı Hollivud ulduzu Ancelina Coli İranda baş verən etirazlara münasibət bildirərək xalqın etiraz və azadlıq hüququna açıq dəstək verib.
Crossmedia.az bu barədə "Amerikanın səsi"nə istinadən xəbər verir.
Məlumata görə, Coli Instagram hesabında İranın Fars əyalətinin Nurabad şəhərində öldürüldüyü bildirilən 30 yaşlı etirazçı Pərisa Ləşkərinin azyaşlı qızının fotosunu paylaşıb. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Aktrisa paylaşımda qeyd edib ki, heç bir uşaq belə bir ağrı yaşamamalıdır. O, ananın xatirəsinin ehtiramla yad edilməsini, həqiqətin üzə çıxmasını, mülki şəxslərin qorunmasını, məsuliyyətin təmin olunmasını və azadlıq axtaran hər kəs üçün daha geniş imkanların yaradılmasını arzuladığını bildirib.
Ancelina Coli həmçinin İranda saxlanılan nümayişçilərin azadlığa buraxılmasına çağırış edib.
14:44 28.01.2026
Oxunuş sayı: 490