Yerusəlimdə qalmaqal: erməni keşişə qarşı hörmətsizlik iddiası yayıldı
Erməni jurnalist Geğam Balyan Yerusəlimin erməni məhəlləsində baş verdiyi iddia olunan insidentlə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, onun X sosial şəbəkəsində yaydığı videoda bir yəhudi şəxsin erməni keşişin üzərinə tüpürdüyü iddia olunur. Balyan paylaşımında bildirib ki, bu hadisə Müqəddəs Torpaqda yaşayan xristian ermənilərin gündəlik qarşılaşdığı reallıqlardan biridir.
Jurnalist videoya şərh olaraq, Yerusəlimin erməni məhəlləsində xristian icmasına qarşı münasibətin narahatlıq doğurduğunu qeyd edib. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
14:39 28.01.2026
Oxunuş sayı: 511