Misir ABŞ və İran arasında diplomatik dialoqun bərpasına çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Misirin xarici işlər naziri Bədr Əbdülati bu gün iranlı həmkarı Abbas Əraqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof ilə telefon danışığı aparıb. Danışıqlar regionda artan gərginlik fonunda diplomatik həll yollarının vacibliyinə həsr olunub.
Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əbdülati tərəfləri diplomatik kanallara sadiq qalmağa və Vaşinqtonla Tehran arasında dialoqun bərpası üçün uyğun şərait yaratmağa çağırıb. O vurğulayıb ki, bölgənin yeni qeyri-sabitlik mərhələsinə sürüklənməsinin qarşısını almaq üçün gərginliyin azaldılması və sülh yönümlü səylərin gücləndirilməsi zəruridir.
Nazirin sözlərinə görə, əsas məqsəd nüvə məsələsi üzrə bütün tərəflərin maraqlarını nəzərə alan, regional və beynəlxalq təhlükəsizliyi təmin edən hərtərəfli razılaşmaya nail olmaqdır.