ŞOK RƏQƏMLƏR: Rusiya–Ukrayna müharibəsində hərbi itkilər 2 milyona yaxınlaşdı
Dörd ilə yaxın davam edən Rusiya–Ukrayna müharibəsində həlak olan, yaralanan və ya itkin düşən hərbçilərin ümumi sayı 2 milyona yaxınlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, itkilər həm Rusiya, həm də Ukrayna silahlı qüvvələrini əhatə edir və müharibənin miqyasını, eləcə də insan itkilərinin ağır nəticələrini bir daha ortaya qoyur.
10:33 28.01.2026
Oxunuş sayı: 560