İrandan ABŞ-yə açıq mesaj: SEPAH sualtı qayığı ilə hədələdi
İran ABŞ qüvvələrinin ölkənin dəniz sərhədlərinə yaxın ərazilərdə yerləşməsi fonunda mümkün hücuma qarşı tədbirlər gördüyünü açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu tədbirlər çərçivəsində İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq döyüş hazırlığı vəziyyətinə gətirilib. SEPAH 9 nəfərlik heyətə malik yeni sualtı qayığın fotolarını yayımlayaraq ABŞ-yə xəbərdarlıq edib və istənilən hücuma kəskin cavab veriləcəyini bildirib.
Qeyd olunur ki, yayımlanan fotolardakı sualtı qayığın əvvəlki modeli daha öncə sınaq məqsədilə suya buraxıldıqdan bir neçə dəqiqə sonra dənizin dibinə batıb.
Bəzi media orqanlarının yazdığına görə, batmış sualtı qayığın çıxarılmasının xərcləri yenisinin istehsalından baha başa gəldiyi üçün SEPAH onun çıxarılmasına cəhd göstərməyib.
Hadisə İran–ABŞ münasibətlərində artan gərginlik fonunda diqqət çəkir.
10:05 28.01.2026
Oxunuş sayı: 465