İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında çıxışı zamanı İrana sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran İsrailə qarşı hər hansı hücum edərsə, buna “misli görünməmiş güclə” cavab veriləcək. Netanyahuya görə, Tehranın atacağı belə bir addım ciddi nəticələrə səbəb olacaq.
Baş nazir son girovun azad edilməsindən sonra Qəzza zolağındakı mövcud vəziyyətə də toxunaraq İsrailin iki əsas məqsədini açıqlayıb: HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının tam silahsızlaşdırılması.
“Yalnız iki seçim var: ya bu proses asan yolla baş verəcək, ya da çətin yolla. Hər bir halda bu, həyata keçiriləcək”, – deyə Netanyahu vurğulayıb.
O, həmçinin Türkiyə və Qətər qoşunlarının Qəzzaya daxil ola biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Netanyahu bildirib ki, bu cür ssenari mümkün deyil və İsrail Fələstin dövlətini tanımayacaq.