Aİ-dən sürpriz qərar: SEPAH bu siyahıdan kənarda qaldı
Avropa İttifaqı bu həftə insan haqlarının pozulması ilə bağlı sanksiya rejimi çərçivəsində 20 iranlı şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Lakin Fransanın etirazları səbəbindən İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) terror təşkilatları siyahısına salınmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı xarici işlər nazirləri 29 yanvar tarixində Brüssel şəhərində keçiriləcək iclasda İranda mövcud vəziyyəti müzakirə edəcək və yeni sanksiyaların təsdiqlənməsi gözlənilir.
Yeni tədbirlər paketinə İranın dron və raket istehsalında istifadə oluna biləcək komponentlərin ixracına məhdudiyyətlərin tətbiqi də daxildir. Aİ rəsmilərinin fikrincə, bu addımlar Tehrana əlavə təzyiq yaradacaq. Eyni zamanda, Rusiyaya dəstək verdikləri iddia edilən bəzi İran fiziki və hüquqi şəxslərinə qarşı da sanksiyalar nəzərdə tutulur.
09:50 28.01.2026
Oxunuş sayı: 459