ABŞ İrana zərbə endirəcək?
ABŞ Prezidenti Donald Tramp administrasiyası İranda etirazçılara qarşı son repressiyalar zamanı ölən nümayişçilərlə bağlı “yüksək rütbəli” iranlı rəsmilər və hərbi komandirlərə qarşı dəqiq zərbələr endirməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə "Middle East Eye" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, mümkün zərbələr bu həftə baş verə bilər, lakin qərarın icra vaxtı dəyişə də bilər. Bildirilir ki, Tramp Administrasiyası daxilində aparılan müzakirələr gərgin və ziddiyyətli xarakter daşıyır. Rəsmilər İranın mümkün cavab addımlarının regionda təhlükəsizlik vəziyyətinə necə təsir göstərə biləcəyi ilə bağlı fikir ayrılığı yaşayırlar.
Qeyd edək ki, Vaşinqton son dövrlər İranda baş verən hadisələrlə bağlı Tehrana təzyiqləri artırmaqda davam edir.
09:09 28.01.2026
Oxunuş sayı: 451