Gərginlik artır: İsrail Livanın cənubunda Hizbullah hədəflərini vurdu
İsrail ordusu Livanın cənubunda Hizbullah yaraqlılarının məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, insident Nəbatiyyə bölgəsində baş verib.
Yaraqlılar yeraltı hərbi qurğunu bərpa etməyə cəhd göstərərkən zərərsizləşdiriliblər.
İsrail tərəfi bu fəaliyyətlərin İsrail və Livan arasında mövcud razılaşmaların kobud şəkildə pozulması olduğunu bildirib.
19:01 27.01.2026
Oxunuş sayı: 506