Netanyahu açıqladı: ABŞ Suriyaya görə xahiş edib
ABŞ yeni Suriya hökumətinə şans vermək istəyir və bu mövqeyə uyğun olaraq İsrail də Şama qarşı kəskin addımlardan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, hazırkı Suriya hökuməti ABŞ-lə əməkdaşlığa açıqdır.
Vaşinqtonun bu istiqamətdə atdığı addımlar İsrail tərəfindən müsbət qiymətləndirilir.
Netanyahu vurğulayıb ki, İsrail ABŞ-nin xahişini nəzərə alaraq ehtiyatlı mövqe tutur.
Lakin Suriyada baş verən prosesləri diqqətlə izləməyə davam edir.
18:15 27.01.2026
Oxunuş sayı: 630