Amerikan aktrisası Sidni Suini Hollywood nişanı üzərində alt paltarının reklamını etdiyi üçün cəzalandırıla bilər.
Crossmedia.az-ın ABC telekanalına istinadən yaydığı məlumatı görə, aktrisaya icazəsiz əraziyə daxilolma və vandalizm maddələri ilə ittiham irəli sürülə bilər.
"Los Angeles Times" qəzeti yazır ki, Kaliforniyanın bu məşhur simvolunun intellektual mülkiyyət hüquqları Hollivud Ticarət Palatasına məxsusdur. Palatanın nümayəndələri isə bildiriblər ki, çəkilişlərdən xəbərləri olmayıb.